Hörmətli həmkarımız, “Novaya Vremya” qəzetnin baş
redaktoru Şakir Ağayevə həqiqətən o yaşı vermək olmur. Əlbəttə, 56 yaş nədir
ki, deyə bilərsiz, əslindəsə bir qərinən yarısından 6 il də çoxdur. Deməli, əməllicə
yaşdır.
Ömrünün üstünə gələn ömrü ləyaqətlə yaşayırsansa, illər
sadəcə təqvim xarakteri daşıyır və səni əməllərinlə təqdim edirlər, yaşınla
yox.
Şakir Ağayevə xoş günlər arzulayırıq. Yolu həmişə açıq
olsun, əzizləri onun həm fiziki, həm də mənəvi cəhətdən sağlam olan varlığına
şükr etsinlər.
Mediaekspert.az